Olmaya mən, dostlarımın öldüyü dünyada hələ də yaşadığıma görə utanırdım? Axı o ailələrə çox söz demək olardı, kim bilməsə də, mən bilirdim. Yalan uydurmağa ehtiyac yox idi, sadəcə, həqiqəti, gerçəyi demək olardı. Demək olardı ki, siz misilsiz oğul böyütmüsünüz. Demək olardı ki, oğlunuz ölümü əsl qalib ədasıyla, qorxusuz-ürküsüz, gülə-gülə qarşıladı. Qısqanılan, həsəd aparılası ölümlə etibarlı dostlarının əhatəsində son nəfəsini verdi və gözlərini yumdu.