Xata çölün düzündəydi, – başının üstündəki, səni dabanbasma qovan vertolyotdan qaçıb canını hara qurtarasan, səsindən qulaq batır, avtomat bir yandan, biç ki, biçəsən, qurtul görüm necə qurtulursan, bu gen dünyada bircə deşik yoxdu ki, bəlalı qurd başını ora dürtüb salamat saxlayasan, – qovulana yer yar olub yarılammaz.