Bununla belə, əksər hallarda narkomanlarla heç kəsin işi olmur. Avtomobillərinin baqajları şəxsi istifadə üçün nəzərdə tutulan kiçik miqdarda narkotik maddələri axtarmaq məqsədilə yoxlanılır və beləliklə, bu adamlar — əngəlsiz-maneəsiz- gömrükdən buraxılırlar. Lakin özlərini — nə qədər arxayın göstərməyə çalışsalar da, gözlərindəki təlaşı gizlədə bilməyən sərnişinlərin avtomobillərindəki yük yerlərini gömrükçülər son dərəcə diqqətlə yoxlayırlar, çünki uzun illərin təcrübəsi onlara təlaş və həyəcanın ən xırda əlamətlərini belə yaxşı tanıtdırıb. Gömrükçülər narkokuryerlərin yüklərini keçirə bilmək üçün nələrə əl atdıqlarını artıq yaxşı bilirlər. Sonsuz sayda ən ağlagəlməz üsullar taparaq, insanları bihuş edib, reallıqdan uzaqlaşmağa kömək edən ağ tozu keçirmək üçün hər dəfə yeni-yeni hiylələrə əl atırlar. Yaxalanan hər bir narkokuryer gömrükçülərin peşəkar səriştələrinin artmasına səbəb olur və elə buna görə də hər hansı bir gözlənilməz əməl onları təəccübləndirə bilm