Mənim əksim elə o zaman yarandı. Bir gün gördüm ictimailəşdirilmiş əksim televizorda çıxış edib özü barədə, peşəkar vərdişləri haqqında (ancaq şəxsi məsələlərə toxunmadan) danışır, iki gün sonra isə televizoru açanda gördüm ki, bir az da ictimailəşən əksim bu dəfə evlərdə hökm sürən soyuqdan, işıqsızlıqdan və siyasətdən bəhs edir.