O adamları sevirəm ki, nifrət etməyi bacarsınlar. Yalnız naqisliyə nifrət bəsləyən kəs fəziləti qiymətləndirə bilər.
O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni olacaq.
O adamları sevirəm ki, dünyaya kor gəlib, kor getməsinlər, həyatdan bir şey anlasınlar, öləndə də arxayın olsunlar ki, ruhlarını az da olsa, kamilləşdirə biliblər.
O adamları sevirəm ki, canına cəfa verir, özündən sonra bir iz qoymaq istəyir.
Mərd adamları sevirəm, çünki gözü ilə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar.
O adamları sevirəm ki, közü öz qabağına çəkməsin, ruhunu saflaşdırmağın qeydinə qalsın.