İstəklim, sevgisinin oduna alışıb yandığım, gözəl qız!
Mən bunu bilirdim: yolların ortaya atdığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, gömüldüyüm bu duyğuların dərinliyinə varmağı, onları sonacan qavramağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən