Çünki mən – birinciyəm, mən də elə sonuncuyam.
Mən – hörmət olunan və nifrət edilənəm.
Mən – sərgərdan və müqəddəsəm.
Mən – qadın və bakirəyəm.
Mən – ana və qızam.
Mən – anamın əlləriyəm.
Mən – sonsuzam, amma uşaqlarım saysız-hesabsızdır.
Mən – nikahda xoşbəxtəm və ərdə deyiləm.
Mən – həm dünyaya gətirən, həm də əbədiyyətəcən
nəsil verməyəcək kəsəm.
Mən – doğuş əzablarını yüngülləşdirirəm.
Mən – ər və arvadam.
Ərimi doğan da mənəm.
Mən – atamın anasıyam.
Mən – ərimin bacısıyam.
Mənə əbədi səcdə eləyin.
Çünki mən – pisəxlaqlı və genişqəlbliyəm.
Haq–Həmmadidə tapılmış
Mizidaya himn, b.e.ə. III, yaxud IV əsr.