Ilkin Imameliyevцитирует2 года назад
olardı. Uşaqlıq çağımın, gəncliyimin bir parçası kimi, sadəcə, şirin-şirin xatırlanardın. Həyat da öz axarı ilə, necə var elə, bəlkə də, lap elə xoşbəxtcəsinə davam edərdi. Amma... olanlar oldu! Özün də bilmədən bir zənglə bütün həyatımı kökündən dəyişdin. Mən illərlə o gecəni özümə bağışlaya bilmədim. Özündən də böyük peşmanlığın qaldı mənə, Fatimə. Bilirəm ki, gəlməliydim. Sən çağırmışdınsa, mən gəlməliydim. Ağına-bozuna baxmadan.

Mənsə gəlmədim....

Amma gəlməsəm də, sən həmişə vardın, sən həmişə oldun. Qəlbim heç vaxt sənə xəyanət etmədi. Kim olur-olsun, səndən sonra yaxınlaşdığım bütün qızlara sənin yerini qoparıb yerlə-yeksan etmələri, uçurub dağıtmaları arzusuyla yanaşdım, mən onların simasında səni tapmağa deyil, səni unutmağa çalışdım, xilas yolu axtardım.
  • Войти или зарегистрироваться, чтобы комментировать