b9701937570цитирует7 лет назад
Həmin axşam Ernestdən soruşdum:
– Əgər oliqarxiya uzun ömür sürsə, onun ciblərinə dolan hədsiz gəlirlərin öhdəsindən necə gələcək?
– Bu gəlirlər bir yerdə qalmayacaq, – deyə Ernest cavab verdi, – narahat olma, oliqarxlar onları əritməyə yer tapacaqlar. Gözəl yollar salınacaq. Elm və incəsənət görünməmiş sürətlə inkişaf eləyəcək. Oliqarxlar xalqı özlərinə tamam tabe eləyəndən sonra onların başqa məqsədləri və mənafeləri ortaya çıxacaq. Onlar incəsənətin himayədarına, gözəlliyin pərəstişkarına çevriləcəklər. Pul sel kimi axacaq, rəssamlar da belə mükafatdan ruhlanıb ilhamla işləyəcəklər.
  • Войти или зарегистрироваться, чтобы комментировать