Sevaцитирует4 года назад
Onlar bu qorxunc xəbəri duyduqdan, onlar üçün tamamilə yeni olan psixoloji bir təcrübəylə qarşılaşdıqdan sonra neçə dəqiqə stullarının üzərində donmuş vəziyyətdə oturub qalmışdılar? Ölümün həqiqi üzünü görmək üçün görəsən onların nə qədər zamana ehtiyacları vardı? Həmin an onların hiss etdiklərini heç bir söz, heç bir cümləylə ifadə etmək mümkün deyildi, onların duyğularını bizim bildiyimiz dillərin lüğət tərkibində olan sözlərlə, həmin dillərin qrammatik qaydalarına əsasən qurulmuş cümlələrlə ifadə etmək, həqiqətən də qeyri-mümkündü. Çünki heç bir dildə həmin an onların duyduğu ağrını, əzabı dəqiq şəkildə təsvir edə biləcək bir söz, bir ifadə yox idi.
  • Войти или зарегистрироваться, чтобы комментировать