Uşaq vaxtı hamımıza deyilib ki, səfillər alçaq insanlardır və o vaxtdan beynimizdə tipik səfil obrazı formalaşıb – çimmək və ya işləməkdənsə ölməyi üstün tutan, içməkdən, dilənməkdən və hinlərdən toyuq oğurlamaqdan başqa heç nə bacarmayan təhlükəli və iyrənc səfil obrazı. Bu tipik vəhşi səfil obrazı, əyləncə jurnallarındakı pis çinli obrazı qədər uydurma bir şey olsa da, bu düşüncədən qurtulmaq çox çətindir. Səfil sözünü eşitmək belə insanların bunları düşünməsinə bəs edir. Bu qərəzli düşüncə də yersiz-yurdsuz insanların nə kimi problemləri olduğu məsələsini kölgədə qoyur.