Sevinc Azadeцитирует7 лет назад
Özünüzdən soruşmalı olduğunuz ən vacib suallardan biri budur: “Haqlı olmaq istəyirəm, yoxsa xoşbəxt?” Əksər hallarda eyni vaxtda hər ikisini etmək qeyri-mümkündür.
Haqlı olmaq və iddialarımızı müdafiə etmək həm zehni enerjimizin böyük bir hissəsini aparır, həm də həyatımızdakı insanlarla aramızda soyuqluq yaradır. Haqlı çıxmaq ehtiyacı və ya başqasının haqsızlığını sübut etmək arzusu ətrafımızdakı insanları daima müdafiə vəziyyətində olmağa yönəltməklə yanaşı, bizi də təzyiq altında saxlayır. Buna baxmayaraq, çoxumuz (hərdən mən də) öz həqiqətlərimizi, ya da digərlərinin səhvlərini qəbul etdirməyə çalışaraq vaxt və enerji itiririk. Bir çox insan bilə-bilə və ya biixtiyar başqalarının səhv olduğunu sübuta yetirdiyi təqdirdə onların bunu minnətdarlıqla qarşılayacağını, yaxud ən azından, nəsə öyrənəcəklərini güman edir. Bu, çox səhv fikirdir!
  • Войти или зарегистрироваться, чтобы комментировать