Xaşimbəyi nə mələyin, nə şeytanın gəlməyi qorxuda bilərdi. Qrafın ardınca otağa onun oğlu girdi. Balaca, on yaşında olan oğlunu görən ata gözlənilmədən ağlamsındı.
– Ata! – Uşaq onun yanına qaçdı. Yatağına yıxılaraq ağladı.
Xaşimbəy nifrətlə əzab verənlərinə baxdı. Onlar zəif yerini tapmışdılar. Ona elə zərbə yetiriblər ki, indi o, kişi qala bilməyəcək. Öz nəslini biabır edəcək.