Əslində kimsə onu yaşarkən həyatının ən xoşbəxt anını yaşadığını bilməz. Bəzi insanlar bəzi coşqulu anlarında həyatlarının o qızıl anını indi yaşadıqlarını səmimiyyətlə (və tez-tez) düşünə və söyləyə bilərlər bəlkə, amma yenə də ruhlarının bir yanıyla bu andan da gözəlini, daha da xoşbəxt olanını irəlidə yaşayacaqlarına inanarlar