цитируетв прошлом месяце
İntihar

Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi.

– Gözləyən çoxdur? – deyə tibb bacısından soruşdu.

– Xeyr, iki nəfər qalıb, – arıq, qarayanız qız cavab verdi.

– Buraxın gəlsinlər, vaxtım azdır.

Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəl­miş­di ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin.

Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusi­yada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi.

Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu.

Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.

Doktor son günlər düşünürdü ki, həkimlik işi günün hamısını əlindən alır, doğma qızı ilə məşğul olmağa isə vaxtı qalmır. O öz qızını bütün atalar kimi, bəlkə də bir az artıq sevirdi. Ancaq onun oxu­­mağından, universitetdə özünü necə aparmağında
  • Войти или зарегистрироваться, чтобы комментировать