Köhnə fikirlilərin bir inancı var: ölünün dalınca danışmazlar. Axmaq fikirdir. Həqiqət həmişə həqiqətdir. Onu heç nə dəyişə bilməz. Ölüdən qorxmaq lazım deyil. Sağların dalınca danışmayıb mumlamaq daha ağlabatan hərəkətdir. Çünki onlar yaşayırlar. Danışığınla onları incidə, qəzəbləndirə bilərsən. Amma ölünün dalınca danışanda belə bir ehtimal yoxdur. Öldü getdi, vəssəlam. Qurtardı!