Professor Kern zərfi açıb məktubu oxuduğu müddətdə qız kabineti tələsik gözdən keçirdi.
Otaq son dərəcə darıxdırıcı olsa da, məşğul olmaq üçün rahat idi – diqqəti heç nə yayındırmırdı. Qalın abajurlu lampa ancaq əlyazmaları, kitablar və korrektura səhifələri qalaqlanmış yazı stolunu işıqlandırırdı. Qara palıd ağacından düzəldilmiş möhkəm mebel adamın diqqətini cəlb etmirdi. Tünd divarlar, tünd pərdələr. Yarıqaranlıqda yalnız ağır şkaflardakı kitabların qızılı cildləri parıldayırdı