əlavə edir. Kinonun zövqümüzü kənardan idarə etdiyi dövrdə yaşayırıq. Qaranlıqda toplaşırıq. Honoluluda, aylı gecədə gözəl çamaşıryuyanın qızına həddən artıq ağıllı, cürətli və fədakar dəmir kralı oğlunun söylədiyi gitaralı nəğmələri, ertəsi səhər Boğaz kənarlarında dükançı şəyirdlərinin fitində dinləyəcəyimiz gülünc ulartıları dinləyir, qadının tualetinə, kişinin ədabazlığına, xülasə, xeyli axmaqlığa heyran oluruq.