Mən demirəm ki, gedin özünüzə problem axtarın. Amma sizə problemlərdən qaçmaq və bunlardan yaxa qurtarmaq üçün vaxt itirməyib, çətinlikləri həyatın qaçılmaz və təbii parçası kimi qəbul etməyinizi məsləhət görürəm. Çox keçmədən yaşamağın mübarizədən rəqsə çevrildiyini görəcəksiniz. Bu qəbuletmə fəlsəfəsi həyata uyğunlaşmağın əsasıdır.