“Bu Şevardnadzedir, bala”, dedi nənəm və yolu, Şevardnadze ilə görüşdən sonra üzünə qonan təbəssümlə davam etdi. Əslində, guya nənəmin də ondan xoşu gəlmirdi. Şevardnadzenin aşpazı Liana Ğlonti bizim qonşumuz idi. “Az, onun yeməyinə bir şey qatsana,” – hamı ona yarızarafat, yarıciddi məsləhət görürdü. “Məsələ bundadır ki, onun üçün bişirdiyim təamları əvvəlcə mənim özümə yedirdirlər, yalnız bundan sonra həmin yeməklər onun stoluna gedir”, –