Deyilən odur ki, dilənçilər işləmir, amma gəlin düşünək ki, bu “iş”in özü nədir? Bir fəhlə əlindəki çəkiclə nəyisə döyəcləyir və işləmiş sayılır. Mühasib nələrisə toplayır-çıxır və işləmiş sayılır. Dilənçi isə hər cür hava şəraitində küçədə dayanıb işləyir və bronxit, varikoz kimi xəstəliklərə tutulur. Bu da digərləri kimi işdir, təbii ki, bu işin heç kimə faydası yoxdur, amma bir çox hörmətli sayılan iş də ən az bunun qədər faydasızdır