həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır.