Ən sevdiyim❤️ Bu arada, "Balaca və Şahzadə" yox, "Balaca Şahzadə" kitabıdır, səhv yazılıb. Birdə, bəzi yerlərdə çox tez oxunur, nöqtə, vergülə fikir verilmir, bəzi cümlələr isə iki dəfə təkrarlanır, buna fikir verilməlidir. Tələffüz və ses gözəldir. Təşəkkürlər.
Həqiqətən də bəzi şeyləri görmək üçün gözlər kifayət etmir. Bir çox yaxşı şeyləri görmək və duymaq üçün ürəyimizin də köməyi lazımdır. Ən az kitab qədər maraqlıdır səsli versiyası.
Mən kitabı oxuduğum zaman finalını anlamamışdım, amma indi isə çox yaxşı başa düşürəm və kədərlənirəm. Bu arada "Balaca Şəhzadə"dir kitabın adı, "Balaca və Şahzadə" yox
Kitabın adı " balaca və şəhzadə" deyil " balaca şəhzadə" ' di. Bəzən cümləni iki dəfə təkrarlıyır bəzən isə çox tez oxuyur və düzgün intonasiya ilə oxumur. Ancaq kitab özü super kitabdı. Çox sağ ol Antuan de Sent Ekzüperi. 👍👍👍👍👍
Çox gözəl əsərdir. İnsan oxuya-oxuya kaş heç bitməsə deyir. Ən sevdiyim fikir "böyüklər rəqəmləri çox sevirlər, onlara gözəl həyəti olan, kərpicli ev gördüm desəniz heç fikir verməzlər, amma onlara 100000 luq ev gördüm desəniz o dəqiqə - aahh necə də gözəldir. Deyərlər" Kaş heç böyüməsək...