az
Əsası 1992-ci il 18 yanvarda qoyulub.
Nəşriyyat ilk illərdə əsasən hüquq ədəbiyyatı nəşr edirdi. Artıq çox illərdir bədii ədəbiyyat və tərcümə ədəbiyyatının nəşrinə üstünlük verilir.
“Qanun” Nəşriyyatı bütün sahələrdə, Fəlsəfə, Tarix, Uşaq ədəbiyyatı, Dini ədəbiyyat və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir.
“Qanun” Nəşriyyatının gənclərlə bağlı başladığı “Birinci kitab” və “Ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə çox populyardır.
Əsərləri tərcümə edilən müəlliflər arasında Nobel mükafatı laureatları — Orxan Pamuk, Herta Muller, J.M.G. Le Clezio ilə yanaşı, bestseller yazarları Berhard Şlink, Paulo Koelyo, Den Braun kimi dünyaca oxunan yazarların əsərləri türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə olunub.
“Qanun” Nəşriyyatında — “Klassiklər” seriyasında dünya klassikasının nümunələri, “Dünya uşaq ədəbiyyatı” seriyasında isə yeniyetmələrin bədii təfəkkürünün inkişafına hesablanan əsərlər nəşr olunur.
Azərbaycan kitab bazarında əksər kitablar “Qanun” Nəşriyyatına məxsusdur.