Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
Səhər durdun, əl-üzünü yudun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.
Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.
Güllər zəifdir, sadə qəlblidir. Onlar özlərini cəsur göstərmək istəyirlər. Onlar düşünürlər – tikanları olsa, hamı onlardan qorxar...
– Günəş də qürub edəcəkdir. Mən günəşin qürubunu tələb edirəm. Lakin əvvəlcə əlverişli şərait gözləyəcəyəm, zira hökmdarın müdrikliyi də bundadır.
Bilirsən... Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur...
Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat ağırdır.
Əgər sənin yalanını belə asanlıqla tuta bilərlərsə, yalan danışmaq səfehlikdir.
Əgər quzu kolu yeyirsə, o gülü də yeyər?
– Qabağına keçən hər şeyi yeyər.
– Tikanlı gülləri də?
– Bəli, tikanlı gülləri də.
– Bəs onda tikan nəyə lazımmış?
Əgər mən kəpənəklərlə tanış olmaq istəyirəmsə, iki-üç tırtıla dözməliyəm.