Ən böyük azadlığım
Sənin əsirin olmaq.
Dörd fəsildə tərk eyləməz
Yağış, külək, bulud məni.
Sən, ey ruhum, sən bircə yol
Mənim kədər qardaşım ol.
Nə vaxt qurtaracam “mən”, “sən” deməkdən,
Sən “mən” olmasan da, mən “sən”əm elə.
Mən içdiyim andlardan yuxarıdayam,
sən məndən. Ona görə də mənim andlarıma inanma!
Ey ruhum! Göy üzü tək
elə yalnız, tənhasan,
Səndə qərib göylərin
tilsimi, sirri yatır.
Duymusanmı Tanrıdan
bilirsənmi görən sən?
QAÇMAQ İSTƏDİYİM HİSS
Bu da gözlədiyim, qorxduğum cəza
Özüm öz içimdə batdım günaha:
– Məni mən eyləyən heyrətim öldü,
Hər şeyə, hər şeyə alışdım daha
Qorxuram ruhuma qoşulub gedəm.
Sevgi ölüm kimidi –
Ancaq ilk bahar kimi
gəlir həmişə
Əvvəl təpədən-dırnağa
çiçəkləyirsən,
Xəzəl kimi tökülürsən
sonradan.
Tənha bir ağaca çevrilirsən
ağacların içində;
Mən ruhumu cəhənnəmin alovundan qurtarıb bax,
Bilirəm yoxluğum ağrıdar səni,
Bəlkə varlığım da ömrünə yükdü.
Getməyə yeri yox, qalmağa yurdu,
Yalandı, kim deyir dünya böyükdü