Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
Bizim yeganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı, ehtiyacı, kölə əməyini doğuran səbəblər də aradan qalxacaq!
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurtlamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.
Hər bir uğur, taleyin hər bir töhfəsi üçün Napoleona minnətdar olmaq adət halını almışdı. Məsələn, bir toyuq başqa toyuğa deyirdi: “Böyük Rəhbərimiz yoldaş Napoleonun qayğısı sayəsində beş gündə altı yumurta yumurtlamışam”.
Həyatında ilk dəfə Bencamin özü üçün müəyyən etdiyi qaydaları pozmağa razılıq verdi və divardakı yazını oxudu. Prinsiplər əvvəlki idi. Yalnız bir Prinsip dəyişilmişdi:
BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR
LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX BƏRABƏRDİRLƏR!
Daha onu sadəcə “Napoleon” deyə çağırmaq mümkün deyildi. Rəsmi titulla müraciət etmək, “Rəhbərimiz yoldaş Napoleon” demək tələb olunurdu. Donuzlar bu ada “Bütün dünya heyvanlarının atası”, “İnsanlığın qənimi”, “Qoyunların himayədarı”, “Ördəklərin müdafiəçisi” və s. kimi titulların da əlavə olunmasını təklif edirdilər.
Yoldaş, – Snouboll üzünü ona çevirdi,– ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı, sən azadlığın belə ala-bəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?
Çünki laqeydlik və qorxaqlıq həqiqətin ortaya çıxmasına imkan vermir, insanlar daha həvəslə cansız və hissiz robotlara, idarə olunan amorf kütləyə çevrilirlər, yaddaşsızlıq hüdud və sərhəd tanımır.
Çünki yaltaqlıq və qorxaqlıq var, hətta şəxsiyyət işartısı olmayan yerdə şəxsiyyətə pərəstiş yaranır, keçmişin unutdurulmasına, tarixin iqtidardakı hakimiyyətə sərf edən tərzdə dəyişdirilməsinə təşəbbüslər göstərilir.
İki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir! Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı -dostumuzdur!
Ən yaxşı insan ölü insandır!