Mənim xəstəliyim yalnız bundan ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq o da dəlidir.
– Əgər milyon il bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, yerdə gil və çılpaq qayalarından başqa heç bir şey görməyəcəkdir. Hər şey – mədəniyyət də, əxlaq qanunu da – məhv olub gedəcək və hətta yerində alaq otları da bitməyəcəkdir.
Əlbəttə, o, namusla işləməmişdi, lakin təqaüdü, namuslu oldu-olmadı, hər bir qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə və təqaüdlə insanın əxlaqi keyfiyyəti və qabiliyyəti deyil, ümumiyyətlə hər cür xidmət təltif edilir.
Tənhalıq olmadan həqiqi səadət mümkün deyil. İblis, yəqin, başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün, Allaha xəyanət etmişdir.
– Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik tapır. Siz də dua eləyin, əzizim.
“Hansımız dəliyik?” – deyə təəssüflə düşünürdü. – Heç bir şeylə sərnişinləri narahat etməməyə çalışan mənmi, yoxsa özünü buradakıların hamısından ağıllı və yaraşıqlı sayan və buna görə də heç kəsə dinclik verməyən bu xudpəsəndmi?
yaxın dostunun yolunda canından keçmək kimi alicənab bir hərəkət üçün qəzəblənmiş rəhmli bir qəlb lazımdır.
Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt gələcəyi ola bilməz, halbuki, gördüyünüz kimi, mübarizə, ağrıya qarşı həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan indiyədək tərəqqi etməkdədir.
Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək! Amma Rusiyada yaşamaq ona qismət olsaydı, nəinki dekabrda, hətta may ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki..
İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.