ən qorxulu rəqib, heç kəsin təhlükə gözləmədiyi rəqibdir.
suallar, onlara verilən cavablardan daha güclü təsirə malikdir.
Maariflənmiş insanlar məqsədlərinə nail olmaq üçün şantaja əl atmırlar.
informasiyanın dəyəri onun mənbəyi ilə müəyyən edilir
– Geya48. Bizim planetimiz orqanizmdir, bizim hər birmiz isə – onun yalnız özümüzə xas funksiyaları olan hüceyrəsiyik. Eyni zamanda da, biz hamımız qarşılıqlı surətdə bir-birimizə bağlıyıq. Biz bir-birimizə xidmət edirik, eyni vaxtda da bütövə xidmət göstəririk.
Pyotrun inamı o qədər güclü idi ki, İsa Məsih onu Daş adlandırırdı. O, sadiq şagird idi və Xilaskar onun çiyinləri üzərində öz kilsəsini ucaltmaq istəyirdi.
– Xəstəliklərdən çəkdiyimiz əzabları və heydən salan əməyin verdiyi əziyyətləri elm, ola bilsin, azaltmışdır. Elmin rahatlığımızı təmin edən və bizə əyləncələr təklif edən bir çox maşın yaratdığını inkar etmək olmaz. Lakin bizi nə bir təəccüb, nə də bir ruhi təlatüm doğurmağa qadir olmayan dünyaya gətirən də elə həmin elmdir. Bizim möhtəşəm gözəllikdə olan günəş şüalarımız dalğa uzunluqları və səs tezlikləri səviyyəsinə salınmışdır. Hüdudsuz və sonsuz qədər mürəkkəb Kainat riyazi tənliklər sisteminə çevrilərək parça-parça dağıdılmışdır. Və hətta bizim, bəşər övladı varlığının nümayəndəsi olaraq, özümüzün özümüzə hörmətimiz məhvə məruz edilmişdir. Elm bildirir ki, Yer planeti bütün sakinləri ilə birlikdə – əzəmətli sistemdə vur-tut əhəmiyyət kəsb etməyən, heç bir rol oynamayan qum dənəciyidir. Özünəməxsus kosmik anlaşılmazlıqdır
Lemetr nəzəriyyəsini ilk dəfə təklif edəndə, – Vittoriya davam etdi, – alimlər bunun tamamilə boş şey olduğunu elan etmişdilər. Onlar deyirdilər ki, materiya heç nədən yarana bilməz. Odur ki, Habbl Böyük Partlayışın mümkün olduğunu elmi şəkildə sübut edərək dünyanı silkələyəndə, kilsə öz qələbəsini elan etdi və bunun Müqəddəs Kitabın həqiqəti dediyinə subut olduğunu car çəkdi.
– Elm sağaltmağı bacarır, amma elm öldürməyə də qadirdir.
Bizim dövrümüzdə qədim mədəniyyətin nailiyyətlərinin simvolu olan nəhəng amfiteatr, bir çox yüzilliklər ərzində bəşəriyyət tarixindəki ən barbar tamaşaların oynandığı səhnə olmuşdu.