Bəli, İnsana inanmayın! Çünki o həmişə özündən danışdıqda, yalan danışır! Bədbəxtliyə düşəndə də yalan danışır ki, özünə qarşı çox mərhəmət hissi oyandırsın, xoşbəxt olanda da yalan danışır ki, ona daha çox həsəd aparsınlar, hər bir halda yalan danışır ki, özünə qarşı diqqəti artırsın.
Həyat bir oyundur! Mən öz kartıma bütün var-yoxumu – yəni sıfır qoyuram və həmişə də uduram... çünki həyatımdan başqa uduzacaq bir şeyim yoxdur. Ancaq inanıram ki, əgər bir zaman məni vurmalı olsalar, – şikəst etməyəcəklər, öldürəcəklər.
Mən dindar adamları qiymətləndirirəm və murdar həqiqəti onlara söyləyib ürəklərini sındırmaq istəmirəm ki, onların övliya şamı üçün verdikləri səmimi nəzərə mən özüm üçün tütün alacağam...
Əgər sənin üzünə yeddi qapı bağlıdırsa, çalış o biri on qapını aç...
axı od hərdən yandırdığı üçün ona düşmən olmaq olmaz, yadda saxlamaq lazımdır ki, o həmişə isindirir, – elə deyilmi?
Ola bilər ki, hər bir yalan yaxşıdır və ya ki, əksinə, hər bir yaxşı şey yalandır.
Vallahi, bütün bu yalanları yalnız ona görə söylədim ki, onlar özləri bunu istəyirdilər, mənsə onların məni qəbul etmək istədikləri kimi qəbul etmələrinə mane olmadım.
Əsl iş, faktlarla deyil, əhvallardadır.
ümumiyyətlə yaxşı cəhət yaxşı adamların çoxunda göstərmək üçündür və qondarma bir şeydir; onlar bu yaxşılığı öz yanlarında göstərmək üçün, bir-birinə təşəxxüs satmaq üçün saxlayırlar...
Bilirsinizmi, mən belə güman edirəm: ya Allaha, ya da şeytana xidmət elə, amma həm Allaha, həm də şeytana yox. Yaxşı əclaf adam həmişə pis sədaqətli adamdan yaxşıdır. Bir qara var, bir də ağ, bunları bir-birinə qarışdırsan, çirkin bir şey çıxar.