Hər işin əvvəli çətindir, – bu həqiqəti hər bir elm barəsində söyləmək olar.
Əksinə, əməyin məhsuldar qüvvəsi nə qədər az olursa, həmin məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər çox olur, bu məmulatın dəyəri bir o qədər çox olur.
Onun fikrincə, əksinə, hər bir böyük tarixi dövrün öz qanunları vardır... Lakin həyat müəyyən inkişaf dövrünü başa vurduqda, müəyyən inkişaf mərhələsindən çıxıb başqa mərhələyə girdikdə, o artıq ayrı qanunlarla idarə olunmağa başlayır.
Axar halda olan insan iş qüvvəsi, yaxud insan əməyi, dəyər əmələ gətirir, amma əmək özü dəyər deyildir.
kətanın dəyərini kətanda ifadə edə bilmərəm. 20 arşın kətan = 20 arşın kətana ifadəsi dəyər ifadəsi deyildir. Bu tənlik, daha çox, bunun əksini göstərir: 20 arşın kətan 20 arşın kətandan başqa bir şey deyildir, yəni müəyyən miqdar istehlak şeyidir – kətandır. Deməli, kətanın dəyəri ancaq nisbi şəkildə, yəni başqa əmtəədə ifadə oluna bilər.
Əmtəə cisimlərinin duyulan qaba predmetliyinin tam əksinə olaraq, dəyərə [Wertgegenständlichkeit] bircə atom da təbiət maddəsi daxil deyildir. Siz hər bir ayrıca əmtəəni əl ilə yoxlaya və nəzərdən keçirə bilərsiniz, onunla istədiyinizi edə bilərsiniz, dəyər [Wertding] olaraq o sezilməz qalır. Lakin biz xatırlasaq ki, əmtəələr ancaq eyni bir ictimai vəhdətin – insan əməyinin ifadəsi olduğuna görə dəyərə malikdir, buna görə də onların dəyəri [Wertgegenständlichkeit] xalis ictimai xarakterdədir, onda bizə özlüyündə aydın olur ki, həmin dəyər yalnız bir əmtəənin başqasına ictimai münasibətində təzahür edə bilər. Doğrudan da, biz əmtəələrdə gizli olan dəyərin izinə düşmək üçün əmtəələrin mübadilə dəyərindən, yaxud mübadilə nisbətindən başlayırıq. İndi biz dəyərin həmin təzahür formasına qayıtmalıyıq.
insan daim təbiət qüvvələrinin yardımına arxalanır. Deməli, əmək onun istehsal etdiyi istehlak dəyərlərinin, maddi sərvətin yeganə mənbəyi deyildir. Uilyam Petti demişkən, əmək sərvətin atası, torpaq anasıdır26.
ümumiyyətlə təbiətdə hazır şəkildə tapmadığımız hər bir maddi sərvət ünsürü həmişə
ümumiyyətlə təbiətdə hazır şəkildə tapmadığımız hər bir maddi sərvət ünsürü
Əgər şey faydasızdırsa, ona sərf edilmiş əmək də faydasızdır, əmək sayılmır və buna görə də heç bir dəyər yaratmır.