Heç vaxt qoyunlar özlərinin sallaqxanaya necə aparıldıqlarını təsvir etməmişdilər.
Biz kart oynamağı, mübaribə etməyi və söyüş söyməyi bacarırıq. İyirmi yaşdan ötrü bu çox deyil, iyirmi yaşdan ötrü bu, həddindən artıqdır.
Qaşekin «İgid əsgər Şveygin macərası», Şveygin «Serjant Girişinin işi», Rennin «Müharibə»si, Vringin «Əsgər Zuren»i və nəhayət, Remarkın «Qərb cəbhəsində təbəddülat yoxdur»
– Bax, görürsən, – deyir, – biz müharibəni uduzacağıq, çünki biz çox gözəl təzim etmək öyrənmişik.
– Onu demə, – deyə Kat etiraz edir. – Onun dövründə bu birinci müharibədir. Halbuki, hər böyük imperatora, heç olmazsa, bir müharibə lazımdır, yoxsa onun adı çıxmaz.
Məktəbdə oxuyarkən riyaziyyat dərslərində birinciliyi qazanmasından indi ona nə fayda var?!
Yoldaş, mən səni öldürmək istəməzdim, – deyə ona təlqin edirəm. – Əgər sən bir də buraya atılaraq, özünü ağıllı aparsaydın, mən belə hərəkət etməzdim. Sən indiyə qədər məndən ötrü yalnız mücərrəd bir məfhum, beynimdə yaşayan və öz həllini tələb edən bir sual idin. Mən bu sualı məhv etdim. İndi mən artıq sənin də mənim kimi bir adam olduğunu görürəm. Onda mən sənin əl bombalarını, süngünü, sənin silahını düşünürdüm; indi isə mən sənin arvadını, sənin çöhrəni, hər ikimizdə olan ümumi nöqtələri görürəm. Əfv et məni, yoldaş! Biz daima görülməli olan şeyləri çox gec müşahidə edirik! Nə üçün bizə sizin də bizim kimi bədbəxt olduğunuzu, sizin ananızın da bizimki kimi nigaran qaldığını, sizin də ölümdən bizim kimi qorxduğunuzu, bir cür öldüyünüzü və eyni ağrını çəkdiyinizi daima təkrar etmirlər? Nə qədər qəddar bir düşmənin də olsam, məni əfv et, yoldaş! Əgər biz bu silahı və bu əsgər paltarını çıxarıb atsaq, sən də mənə Kat və Albert kimi bir qardaş olarsan. Al mənim iyirmi illik ömrümü, yoldaş və ayağa qalx... Artıq mən nə edəcəyimi bilmirəm!
Dövlət, dövlət! – deyə təkrar edir. – Səhra jandarmları, polis, vergiyığanlar – bax bizim dövlətimiz bunlardan ibarətdir. Əgər sənin bununla bir əlaqən varsa, məni bağışla!
Kat:
– Doğrudur! – deyir. – Sən, deyəsən, birinci dəfə olaraq doğru söz söylədin, Tyaden. Dövlət və vətən, bunların arasında doğrudan böyük fərq vardır.
Əmr bu sakit fiqurları bizə düşmən kəsdirmişdir; başqa bir əmr də onları bizə dost edə bilər. Hansı bir masada isə bizim heç tanımadığımız adamlar tərəfindən bir sənəd imzalanmışdır. Nəticədə illər boyu əvvəlcə dünyanın nifrətinə, böyük bir cəzaya layiq olan bir halı bir məqsəd kimi qəbul etmək məcburiyyətində qalmışıq.
Evdə son gecəni keçirirəm. Hamını sükut qaplamışdır. Mən erkəndən yatağa girir, yastığı qucaqlayaraq özümə sıxır, başımla onun içinə quylanıram. Kim bilir, bir də tük yataqda yatmaq mənə müyəssər olacaqmı?