Əgər öpməyə heç nəyiniz yoxdursa, siqaret çəkməyiniz labüddür.
Ən azı əxlaq qədər əxlaqsızlıq da dində yer alıb.
***
İfadə edilməmiş hisslər heç vaxt ölmür; sadəcə, diri-diri basdırılır və sonradan daha qorxunc şəkildə təzahür edirlər.
İnsanlar güclü bir fikri təmsil etdikcə güclü olurlar. Bu fikrə qarşı çıxanda isə qüvvədən düşürlər
Dəli – oyaq olarkən yuxu görən insandır.
Sevən insan qürurunu sındırır, təvazökar olur. Sevən insan narsistliyinin bir hissəsini, başqa cür desək, sevdiyinin yanında girov qoyur.
Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir.
***
Kişi sevəndə ehtirası olmur; şəhvətlə arzulayanda isə sevgi olmur...
Bir gün keçmişə boylananda mübarizələr içində keçən illərinizin həyatınızın ən gözəl illəri olduğunu görəcəksiniz.
Bir gün keçmişə boylananda mübarizələr içində keçən illərinizin həyatınızın ən gözəl illəri olduğunu görəcəksiniz.
***
Əzabların qarşısında ən aciz hala sevdiyimiz vaxt düşürük.
***
Zəif nöqtələrinizdən güclü cəhətləriniz yaranacaqdır.
***
İnsanların əksəriyyəti azadlığı həqiqətən istəmir; çünki azadlıq üçün məsuliyyət daşımalısan və insanların çoxu da bundan qorxur