Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir: əgər təbəssüm üzün gözəlliyini artırırsa, bu üz qəşəngdir; əgər təbəssüm üzün ifadəsini dəyişmirsə, o, adi bir üzdür; əgər sifəti korlayırsa, bu, pis üzdür.
Qəribədir, görəsən, nə üçün mən kiçik olarkən böyüklərə oxşamağa çalışır, böyüdükdən sonra isə çox vaxt kiçik uşaqlara oxşamaq istəyirdim.
ehtiras dumanı yavaş-yavaş azaldıqda və ya mühakimənin aydın şüaları ixtiyarsız olaraq bu dumanı dəlməyə başladıqda və sevdiyimiz adamı həm qüsurları, həm də məziyyətləri ilə birlikdə həqiqi şəklində gördükdə bir para qüsurlar gözlənilməz bir şey kimi parlaq, şişirdilmiş halda gözümüzə çarpır, yeniliyə olan eşq hissi və başqa bir adamda kamilliyin mümkün olmaya bilməməsi ümidi sevdiyimiz əvvəlki adamdan bizi nəinki soyumağa, bəlkə də ona nifrət etməyə, yeni yoldaşlar axtarmağa həvəsləndirir
məhəbbət özündə olmayan bir şeyi başqasının vasitəsilə əldə etmək arzusudur
Üç növ məhəbbət var:
1) Gözəl məhəbbət,
2) Fədakar məhəbbət və
3) Fəal məhəbbət.
Mən həmişə tək idim, mənə həmişə elə gəlirdi ki, açıq-mavi rəngli səmanın qeyri-müəyyən uca bir yerində qərar tutmuş ayın parlaq dairəsini özünə cəzb edən, əsrarəngiz dərəcədə əzəmətli və hər yerdə donub qalan, ucsuz-bucaqsız fəzanı sanki dolduran təbiət, xırda, yoxsul insan ehtirasları ilə artıq murdar olmuş, lakin xəyalın və məhəbbətin bütün tükənməz, qüdrətli qüvvəsinə malik olan mən – bədbəxt qurd, mənə elə gəlirdi ki, bu dəqiqələrdə guya təbiət də, ay da, mən də – biz hamımız eyni bir şey idik
Mənim qəlbim sizi sevmədən döyünə bilməz, ancaq bilirəm ki, qəlbim əbədi yaşayacaqdır, təkcə ona görə ki, mənim məhəbbətim kimi bir hiss bir zaman bitməli olsa idi, onda əmələ gələ bilməzdi.
Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir: əgər təbəssüm üzün gözəlliyini artırırsa, bu üz qəşəngdir; əgər təbəssüm üzün ifadəsini dəyişmirsə, o, adi bir üzdür; əgər sifəti korlayırsa, bu, pis üzdür.
Bir daha geri qayıtmayan xoşbəxt uşaqlıq çağları! Uşaqlıq xatirələrini necə sevməyəsən, necə əzizləməyəsən
Sonralar sezdim ki, mən üç növ adamların gözünə baxmaqdan sıxılıram – məndən olduqca pis olanların, məndən olduqca yaxşı olanların və hər ikimizin bildiyi bir şeyi bir-birimizə deməkdən çəkindiyim adamların.