Heç kim öz var-dövlətindən razı deyil, ancaq hamı öz ağlından razıdır,
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir.
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir
Tutaq ki, sən evlisən, arvadını sevirsən, lakin başqa bir qadına məftun olmusan...
— Bağışla, mən bunu qətiyyən anlamıram... bu, ona oxşayar ki, burada doyunca yedikdən sonra çörək dükanının yanından keçəndə də əl atıb çörək oğurlayasan.
bilirdi ki, bunun üçün, ürəyinin parçalandığı üçün bu adamlar ona qarşı mərhəmətsiz olacaqlar. O hiss edirdi ki, parça-parça edilmiş və ağrıdan zingildəyən bir iti başqa itlər boğduğu kimi, insanlar da onu məhv edəcəklər. O bilirdi ki, insanlardan yeganə xilas yolu – öz yaralarını onlardan gizləməkdir
Mən kiməm? Və mən nəyəm? Heç kimə, heç kəsə lazım olmayan zavallı bir adam
Xaricdə adam bir şeydən qorxur — ruslara rast gəlməkdən.
Eh, əxlaqdan dəm vurma! Başa düş ki, iki cür qadın var: biri yalnız öz hüquqlarını qoruyur və bu hüquqlar da sənin məhəbbətindir ki, artıq sən bunu ona verə bilmirsən; digərisə hər şeyini sənə qurban verir və əvəzində səndən heç nə tələb etmir.
Bilirsinizmi, bir hadisəyə tragik nöqteyi-nəzərdən baxmaq və onu əzaba çevirmək olar, digər tərəfdən həmin hadisəyə adi şey kimi və hətta şən halda da baxmaq mümkündür.
Mən bir insan kimi, — Vronski dedi, — ona görə yaxşıyam ki, mənim üçün həyatın heç bir qiyməti yoxdur