Xoşbəxtlik, məlum olduğu kimi, tez xarab olan ərzaqdı
o ehtiyatlı qadındır, ağlına gələni gündəliyə yazmaz.
Onun heç nə istəməməsinin bircə mənası vardı: o seçim azadlığını, yaxud imtina azadlığını itirmişdi.
Bu cür necə gülmək olar?” – Esuko süst halda deyinib, içində bazarlıq olan çantasını yerə qoydu.
Hətta, uşaqların da nadinclik üçün ciddi səbəbləri olur: onlar etinasız böyüklərin diqqətini çəkmək üçün dəcəllik eləyirdilər. Bu, onlar üçün istədiklərini əldə eləməyin yeganə üsuludu. Uşaqlar çox hissiyyatlıdır. Onlara diqqət yetirməyəndə özlərini atılmış sayırlar. Qarşılıqsız sevgi halı ən çox uşaqlarda və qadınlarda olur – onların hər birinin öz atılmışlar dünyası var. Bir qayda olaraq, həmin dünyanın sakinləri səbəbsiz-filansız qəddar olurlar”.
Qadının nə vaxt ağrıdığını, nə vaxt özünü ağrıyan kimi göstərdiyini heç kəs dəqiq deyə bilməz
Sanki dik yamacla əzablarının zirvəsinə dırmaşırdı, həmin əzablar da onu get-gedə daha yüksəyə cəlb edirdi.
Onun daxili aləmi harda bitir, zahiri aləmi harda başlayırdı? Bu qadının boğucu zindanda gizli bir fəaliyyətlə məşğul olan daxili aləmi partlayış qədər təhlükəli olurdu.
Yaddaşımıza nə olur? Elədiyimiz əməllər yaddaşımızda iz də qoymadığı bir vaxtda bizi yenə qəlbimizin yaddaşı narahat edir
– Sevgi uğursuzluqlarının bir-birinin ardınca gəlməsi uşaq salmaq kimidir, onun şüuru sevgidən zorla qoparılmağa köklənib. Bu refleksə, vərdişə çevrilib. O hər dəfə vurulanda növbəti uşaqsalma baş verir.