İnam nə qədər güclü olsa da, heç vaxt tam olmur.
Kəllədən qan axsa da, xalçaya ləkə salmır.
Mən öz dinimi tapmışdım: dünyada heç nə mənə kitabdan daha önəmli görünmürdü. Kitabxanasa məbədim idi.
yetimliyini dərk edən yetim ancaq özünü günahlandırar
Mədəniyyət heç nəyi və heç kəsi xilas etməyə qadir deyil, o heç nəyə bəraət qazandırmır. Bununla belə, mədəniyyət insan əməyinin bəhrəsidir, insan mədəniyyətdə əks olunur, özünü mədəniyyətdə tapır
Çox vaxt mənə belə deyirdilər: keçmiş bizə təkan verir, lakin əmin idim ki, məni gələcək özünə çəkir.
gələcək indiki zamandan daha gerçəkdir.
Hakimlərin nüfuzu öz yaramazlıqları ucbatından ləkələnmişdi, onlardan imtina etdim, amma başqa hakimləri də görmədim.
Həqiqət və Uydurma, ikisi də eyni şeydir, ehtirası hiss etmək istəyirsənsə, özünü onu hiss edirmiş kimi apar, insan ayinlər üçün xəlq edilmiş varlıqdır.
Hər insanın təbii məkanı var, onun hansı yüksəklikdə yerləşdiyini nə qüruru, nə də ləyaqəti təyin edir – buna uşaqlıq qərar verir.