allahsızın başı ağrımasa, Allahı yada salmaz.
Boranlı Yedigey belə fikirləşə-fikirləşə adda-budda unutduğu duaları öz-özünə təkrar edirdi ki, sözlərin səfini yadına salsın, Allaha xitab olunan fikir ardıcıllığını yaddaşında bərpa etsin, çünki ancaq o, yeganə, naməlum və gözəgörünməz qüvvə əvvəlin axırla, həyatın ölümlə barışmazlığını insan şüurunda barışdırmağa qadir idi.
Var alsalar ölməzsən, dözərsən, amma varlığını tapdalasalar, düzəlməyəcək...
təkcə Allahdan narazılıq ola bilməz – əgər ölüm verirsə, deməli, ömür başa çatıb, adam doğulub ki, vaxtı çatanda da ölsün – yerdə qalan nə varsa, hamısına cavabdehlik lazımdır.
“Budaq sınsa, eybi yox, təki çinarın gövdəsi salamat olsun”.
“Budaq sınsa, eybi yox, təki çinarın gövdəsi salamat olsun”.
ə əlil kimi əlildir, nə sağlam kimi sağlam, nə tüfəngə çaxmaq, nə dümbəyə toxmaq.
Qoy bu cavanlar, xüsusilə bax o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə, kədərli də olsa, çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var – birində musiqi çalınır, bayraq sallanır, başqasında yaylım atəşi, o birində gül-çiçək əklilləri...
Onlara ölümdən başqa hər şey vacibdir!” Bu məsələ ona rahatlıq vermirdi. “Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli, həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?”