LAÇIN HƏSRƏTİ
Қосымшада ыңғайлырақҚосымшаны жүктеуге арналған QRRuStore · Samsung Galaxy Store
Huawei AppGallery · Xiaomi GetApps

автордың кітабын онлайн тегін оқу  LAÇIN HƏSRƏTİ

Rza Mirzadə

LAÇIN HƏSRƏTİ






12+

Оглавление

Müəllif haqqında

Əli Seyid Müseyib oğlu Hüseynov Mirzadə 1929-cu ilin avqust ayında Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.

Hələ doqquz yaşında olanda, atası — Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu siyasi fəaliyyətinə görə həbs olunaraq səkkiz il müddətinə sürgünə göndərilmiş və ondan bir daha xəbər alınmamışdır.

Əli Hüseynovun uşaqlığı çox çətin keçsə də, o təhsil almaq üçün əlindən gələni etmişdir.

Birinci sinifi Ağcabədi rayonunun üçüncü Parax qəsəbəsində, 2-7-ci sinifləri Laçın rayonunun Pircahan kənd məktəbində, 7-10-cu sinifləri isə Laçın şəhər məktəbində oxuyub bitirən Əli Hüseynov 1949-cu ildə Azərbaycan Neft Kimya İnstitutunun (AZİ) Neft-Mexanika fakültəsinə qəbul olunmuşdur.

...