Siz bu dünyada hər bir kəslə rastlaşa bilərsiniz. Ancaq heç vaxt özünüzə rast gəlmirsiniz.
Psixoloqlar deyir ki, xəstəliklərin səksən faizi hissləri yatırtmağın, boğmağın nəticəsidir. Ürək tutmaları daha çox hirsi boğmaq deməkdir, yəni ürək daha çox nifrətlə zəhərlənib.
Əsl sevgidə isə sevdiyiniz başqası ilə xoşbəxt olanda da sevinməlisiniz.
Rasional şəxslə emosional şəxs arasında real dialoq mümkün deyil – əslində bu asan olardı.
Yaşa, rəqs et, ye, yat...
Mümkün qədər hər şeyi tam edin.
Qorxusuzluq – təcrübədən keçirilmiş cəsarətdir
Heç kəs heç vaxt sizin kimi olmayıb.
Və heç kəs heç vaxt sizin kimi olmayacaq.
Siz heç vaxt heyvanların müharibə etdiyini görməzsiniz. Əlbəttə, onlar arasında da bəzən “döyüşlər” olur, amma bunlar fərdi döyüşlərdir, dünya müharibələri deyil. Siz heç vaxt görməzsiniz ki, qərbdə olan qarğalar şərqdə olan qarğalara müharibə elan etsinlər. Eləcə də Hindistan itlərinin Pakistan itlərilə vuruşduğunu görməzsiniz. Çünki nə itlər, nə də qarğalar axmaq deyil. Düzdür, onlar da bəzən dalaşır, burda səhv heç nə yoxdur. Əgər onların azadlığına mane olsalar onlar vuruşurlar, bu, fərdi vuruşmadır. Bu, dünya müharibəsi deyil.
Bəs siz, siz insanlar neyləyirsiniz?
Texnologiyanın ayağına verilmiş həyat sevinc ətrini itirmiş olur.
Hirsinizi heç kimin üstünə tökməyin.
Hirsiniz də qusmaq kimi bir şeydir. Qusmağınız gələndə gedib kiminsə üstünə qusmursunuz axı. Hirsi də qusmaq kimi qaytarmaq lazımdır. Qusmağınız gələndə hamama gedib qusursunuz, bütün bədəniniz təmizlənir.