«Söz yox ki, yeni totalitar rejimlərin köhnə rejimlərə bənzəməyi heç də vacib deyil. Hakimiyyətin dəyənək və güllələnmə, süni aclıqlar, həbslər və kütləvi sürgünlər hesabına idarə olunması nəinki vəhşilikdir (indiki zamanda bu, çox adamı narahat etmir), həmçinin səmərəsizdir – bunu sübut etmək də olar – qabaqcıl texnologiyalar erasında isə səmərəsizlik Tanrı qarşısında böyük günahdır. Sözün əsl mənasında, «səmərəli» totalitar dövlətdə siyasi rəhbərlərin icraçı komitəsi və onun müdirlər ordusu kölə əhalini heç bir şeyə vadar etməzdi, ondan ötrü ki kütlə öz köləliyini sevəcəkdi. Köləliyi ona sevdirmək – çağdaş totalitar dövlətlərdə Maarif və Təbliğat nazirliklərinin, qəzetlərin baş redaktorlarının və məktəb müəllimlərinin başlıca vəzifəsi məhz budur».
Sevgi dominoya bənzəyir: yıxılan birinci daşın arxasınca digərləri də yıxılacaq
Hər kəsin müqəssir olduğu qapalı cəmiyyətdə
yeganə cinayət ələ keçməkdir. Oğrular dünyasında
yeganə ağır günah axmaqlıqdır
Çox vaxt elə xoşniyyətli insanların özü yırtıcıya çevrilirlər.
Ölüm qeyd dəftərçənizə yazmadığınız yeganə görüşdür.
Hər şey müvəqqətidir və hər şey satılır. İnsan da digərləri kimi istifadəyə yararlılıq müddəti olan əmtəədir.
Bütün tapşırıqları təcrübəçiyə ÖTÜR: elə ki gördün iş uğur qazanır, şöhrəti öz adına çıxarsan; müvəffəqiyyətsizlik astanada durduğu təqdirdə işdən qovulan o olacaq.
Bütün bu süni kabusu sən arzulamamısan. Sürətlə hərəkət edə bilməyən bu avtomobilləri də sən istehsal etməmisən (2050-ci ildə planetimizdə 2,5 mlrd. «qutu» olacaq). Lakin sən dünyanı yaxşı tərəfə dəyişmək üçün də əlini ağdan qaraya vurmamısan. Bibliyadakı on əmrdən birində belə deyilir: «Özünə büt seçmə, nə də onların bənzərini... və onlara təzim etmə». Sən isə hamı kimisən, hamı kimi ölümcül günaha bulaşıb, cinayət üstündə yaxalanmısan. İlahi cəza hər kəsə agahdır: o, yaşadığın cəhənnəmdir.
yalanın bitdiyi yerdə heç də həmişə həqiqət başlamır. Ayıq olun: bir yalanın arxasında digər yalan gizlənə bilər.
Sevginin qırmadığı ürək - ürək deyil.