Kimin ki çörəyi dənizdən, ya torpaqdan çıxır, o bilir ki, təqvimdə hansı ayın deyil, hansı havanın olması vacibdir
– Azadlıqdan mühüm şey yoxdur
diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.
Müharibədə həmişə istədiyini yox, bir başqasını öldürməli olursan.
İşin pis qurtarması ehtimalına məhəl qoymamaq yox, bu ehtimala nifrət bəsləmək bacarığı ona verilən ən böyük vergi, müharibədə dəfələrlə köməyinə çatan istedad idi.
– Bilirsinizmi, SSRİ-də, hətta Azərbaycanın kiçik bir şəhərində də ədalətsizliyə yol verilirsə, mənə – “Pravda”nın ünvanına məktub yazırlar.
Sonuncu olan heç bir şey yaxşı olmur.
Ölülər öz milliyyətini və öz siyasi əqidəsini bildirmirlər.
İspanca danışan adamlarla yola getmək üçün lazımdır ki, iki şərtə əməl edəsən: kişiləri tütünə qonaq etmək, qadınlara isə toxunmamaq.
Bu vaxta qədər sən neçəsini öldürmüsən, özündən soruşdu. Bilmirəm. Sən belə hesab edirsən ki, öldürməyə haqqın var? Yox. Haqqım yoxdur, amma öldürməliyəm. Sənin öldürdüklərindən neçəsi əsl faşist idi? Çox azı. Amma onların hamısı düşmən əsgərləri idi, biz isə qüvvəyə qarşı qüvvə çıxarırdıq.