Su üzərində bahar
Қосымшада ыңғайлырақҚосымшаны жүктеуге арналған QRRuStore · Samsung Galaxy Store
Huawei AppGallery · Xiaomi GetApps

автордың кітабын онлайн тегін оқу  Su üzərində bahar

Rəfail Alı oğlu Tağızadə

Su üzərində bahar






6+

Оглавление

  1. Su üzərində bahar
  2. Təzadlı gecə
  3. Darıxıram
  4. Ağ bulud
  5. Bİr kəhər dayanıb Cıdır Düzündə
  6. Kİmsəsiz evlər
  7. Qoru mənİ
  8. Tamaşana gəlməyəcəyəm
  9. Çırpıntılar
  10. Qəm havası
  11. Gecənİn sükutu
  12. Həsrət
  13. Hüzn
  14. Tənhalığım
  15. Su üzərində bahar
  16. Yaşa belə
  17. Qara xatİrə
  18. Götürüb gedİrəm sənİ özümlə
  19. Harada qalmısan
  20. Sükutlu gecə
  21. Şam tut gecəmə
  22. Sükutun səsİ
  23. Göz yaşı
  24. Narahat ruhlar
  25. Bu bİr tale havası
  26. Son səs
  27. Son pərdə
  28. Özgə şəhərdə
  29. Vətən bİtİr
  30. «Bu gün dənizin qurbanlıq gəmisiyəm…»
  31. Boş şəhər
  32. Dənizdə toy
  33. Gəl gedək dənİzə
  34. Dənİztək
  35. «Dəniz də qadın kimidi…»
  36. Sənİn özəl şəhərİn
  37. Yenə
  38. Necə qıydın, İlahİ
  39. Günah
  40. Yuxusuz gecələr
  41. Sevgİnİn səsİ
  42. Sevdİm
  43. Mənİ yuxudan oyat
  44. Qаçqın uşаğı
  45. Güllə səsİ
  46. Tərəddüd
  47. O əllər
  48. Sevgİ nəğməsİ
  49. Qayıt
  50. Qəmlİ baxışlar
  51. İçİmdə sən boyda sən gəzdİrİrəm
  52. Qapın döyülə
  53. Məndən bİr xalı toxu
  54. Yaman dəyİşmİsən
  55. Küləklİ yağış
  56. Bİr şəKİl gəlməlİydİ
  57. «Baxışın keçmişdən danışır…»
  58. Unudaram dərdİmİ
  59. Bu gecənİn sahİlİ
  60. Dənİzİn xatİrəsİ
  61. Dənİz sevgİsİ
  62. Dənİz gözlüm
  63. Dənİz nəğməsİ
  64. Qəm yoldaşım
  65. Sahİlİn tənhalığı
  66. Hamİlə dənİz
  67. Sən — mən
  68. Hər şey qarışıq
  69. O səs
  70. Bİr qərİb gecə
  71. Gözlərİmdə yaş
  72. Yağış yağır
  73. adİl mİrseyİdə
  74. O gülən gözlərİnə
  75. O baxış ola
  76. Sevdİrmə mənə
  77. Son ümİd
  78. Sarı çİçək
  79. Tənha ağac
  80. O sevgİ
  81. Daha darıxmağa dəyməz bu gecə
  82. Əbədİ ülfət
  83. Ümİdlə azadlıq olmur
  84. Dərdlərİn ən böyüyü
  85. Yoxluğun elegİyası
  86. Yuxuma gəlmİşdİn
  87. Atama
  88. Sənİ axtarıram
  89. Gecələrİn çox sakİt vaxtları İdİ
  90. Orada bİr ev var
  91. Şəhİdlər хİyаbаnı
  92. Qаrаbаğ bаyаtılаrı
  93. Qаrаbаğ
  94. Vаqоnun аltındаn аsılаn beşİk
  95. Çağırış
  96. Ağrı
  97. Qıç başdaşı
  98. Qazİlər yığıncağı
  99. Dоqquz qоz аğаcı hаqqındа bаllаdа
  100. Qаlх аyаğа, gedək, qаrdаş
  101. Apar mənİ
  102. Burda məndən sevgİ gözləmə
  103. Səngər
  104. Mən sənİn nəyİnəm, vətən
  105. Torpaq sevgİsİ
  106. Həsrət yolçusu
  107. Qarabağın səmadan görüntülərİ
  108. Ötür gedİm
  109. A yollar
  110. Belə sevməmİşdİm
  111. Xəyal qanadlarında
  112. Özgə kİmİyəm
  113. İmdad
  114. Olmasa da qollarım
  115. Ömür yolu
  116. Qoz ağacı — qız ağacı
  117. «Bu ilin yazı da mənə qış kimi…»
  118. Araz çox dayaz
  119. Payız havası
  120. Gecənİn eşqİylə
  121. Ömür gül açar
  122. Gecə günahı
  123. Çox şükür
  124. Bu qız
  125. Göz danışacaq
  126. Gecəmİzə ay doğar
  127. Könül gülü
  128. Lal gecə
  129. Yerİm məlum
  130. Kor düşüncələr
  131. Payız sevdası
  132. Son görüş
  133. Bu payız
  134. Payız sevgİsİ
  135. Bu payız xoşuna gəlmədİ sənİn
  136. Payız mələyİ
  137. «Soyunub əynini təzə gəlintək…»
  138. Salxım söyüdlər
  139. Gözəlsən
  140. Gözəldən gözələ
  141. Qış bulvarında gecə
  142. Yaşadıq yenə
  143. Qumru quşu
  144. Bİzİm şəhər
  145. Harada gİzlədİm
  146. Yaşat mənİ
  147. Sevmədİyİn gün
  148. Gözlüklü qız
  149. Sevİnc nəşəsİ
  150. Gecə yolçusu
  151. Xəyalım
  152. Sevəcəm
  153. Bəlkə də
  154. Gecə yuxusu
  155. Səhərİn müjdəsİ gecədən qara
  156. Gecə
  157. Tablo
  158. Yoxluq
  159. Sənsİz kölgəm yox
  160. Sentyabr ayım
  161. Sənə baxıram
  162. Üzünü ağaca söykəmə elə
  163. Yuxumda
  164. Sözün səsİ
  165. Mənİ apar
  166. Yuxularım
  167. Sənlİ yaddaş
  168. Daha nə qaldı
  169. Oteldə pəncərəmİ döyən göyərçİnlərə
  170. Yadından çıxarma
  171. Getmİşəm
  172. Xatİrələr
  173. Sev mənİ
  174. Mənİm bİr çantam vardı
  175. Uçuq evdə payız
  176. Qara quş
  177. Azadlıq gələn gündən
  178. Yol gedİr
  179. Yaman asanlaşıb ölümün yolu
  180. Əlİnİ ovcuma sıxıb qaçan qız
  181. O gözlər
  182. Sənİ sevdİm
  183. Azıram gecənİn boşluğunda
  184. Yol uzun, ömür qısa
  185. Gecə tənhalığı
  186. Zəng etmək İstəyİrəm
  187. Qoşa kölgə
  188. O əllər, o güllər tanışdı mənə
  189. Üzü yoxuşa yollar
  190. Özün gələrsən
  191. Sənə uçur əllərİm
  192. Həsrətin addım səsİ
  193. Baxışını ver aparım
  194. Yuxulu ömür
  195. Gözəl qız
  196. Gəlİşinə sevİnən var
  197. Gəncənİn çinаrlаrı
  198. Sənsİzlİk havası
  199. Bu gecə mənİ ağlayır
  200. Ömür
  201. Həsrət körpüsü
  202. Qaralan yollar
  203. Ümİdə bax
  204. Sən hardasan görəsən
  205. «Bir gülüşün səsinə…»
  206. Hardayıq
  207. Qayıt
  208. Yağış da bİr sevgİdİ
  209. Sənİn gözlərİn
  210. Hanı
  211. Sükut
  212. POEMALAR
    1. Adam Mİtskevİçİn xatİrəsİnə on nəğmə
    2. Qаrа-qırmızı Хоcаlı

Təzadlı gecə

Haldan-hala düşən adamlar təki

bu tənha gecəni yaşamaq çətin.

Ömür səhnə deyil, gecələr pərdə

çəkəsən sitəmin üstünə, dərdə.


Dəyişər əhvalın mehsiz, küləksiz,

dəlib keçər səni qızıl yel kimi.

Tutar ürəyindən, dəyişər halın,

ağarar bənizin qara tel kimi.


Səhərə hələ bir uzun gecə var.

Uzanar bu gecə zülmət dərətək,

daşıyar yuxulu — ölü adamı

səhər sahilinə yumşaq bərətək.


Kiminin nəfəsi çatar səhərə,

kimi qaranlıqda boğulub gedər.

Kimi yuxularda gələr dünyaya —

gecənin bətnindən doğulub gedər.


Haldan-hala düşən adamlar təki

bu tənha gecəni yaşamaq çətin.

Ömür səhnə deyil, gecə də pərdə

çəkəsən sitəmin üstünə, dərdə…

07.07.2013

Darıxıram

Könlümə toran düşüb,

içim dolu sualdı.

Baxdım sınıq güzgüyə,

Allah, bu hal nə haldı?


Üzümdəki sevinci

gözümün yaşı yuyur.

Sıraya dərd düzülsə,

öndə ayrılıq durur.


İçimdə olan yolun

izinə düşəmmirəm.

Dünyaya vurulmuşam

əlimi üzəmmirəm.


Məndən bezən tənhalıq

bu gecə boğar məni.

Könlünə insaf düşsə

təzədən doğar məni.


Hara gedim mən belə,

kimin qapısın döyüm?

Deyim ki, darıxıram,

aç qapını, mən ölüm?!

05.09.2014

Ağ bulud

Düşüb bu yolun ağına,

baş alıb, çıxıb gedəsən.

İzin də arxanca baxa,

yox olub birdən itəsən.


Gedəsən tamam uzağa,

əlinə bir əl dəyməyə.

Baxasan güldən savayı,

gözünə bir göz dəyməyə.


Nə qulaqda köhnə səda,

nə ürəkdə köhnə xəta,

nə də ki gözündə əda —

özündən itib gedəsən.


Ağ bulud ağlaya səni,

tək günəş dağlaya səni.

Gecənə ay boylana,

göy dəniz saxlaya səni.


Ləpələr silə izini,

yuyasan özün-özünü.

Düşüb dənizin bətninə

bir təzə insan doğasan.

27.12.2014

Bİr kəhər dayanıb Cıdır Düzündə

Bu atın yalını kim darayıb, kim?

Darağı əlində gəzən kim imiş?

Kimsəsiz yurdumun tənhalığında,

külək nəvazişi məni bitirmiş.


Mənim səhərimin üzü qaranlıq,

günümün, ayımın işığı itib.

Mənim kürəyimdə qamçı səsləri,

boynumda üzəngi kölgəsi bitib.


Sükutu qoynuna çəkən dərədə

həsrətin, kədərin izi üzündə.

Köhnə tumarında sığalım itən,

bir kəhər dayanıb Cıdır Düzündə.


Bu yerin gözəli Qarabağ atı,

gör neçə illərdi, kişnəmir, gülmür.

Bu sınıq qollarım, topal əllərim,

nə vaxtdı at yalı daraya bilmir.

19.01.2014

Kİmsəsiz evlər

İlahi, bu evdə kim qalacaq, kim?

Bu evin yükünü kim qaldıracaq?

Çəkib öz içinə dərd havasını,

bu sönmüş ocağı kim yandıracaq?


Üşüyən sobada dərdli kösövlər,

qırılan, yarımçıq ömür kimidi.

Qaralmış divarı bağrına basan,

kövrək xatirələr kömür kimidi.


Sahibin axtaran bir qara xəyal

qulaq kəsilibdi yel sorağına.

Dikib gözlərini qəriblər kimi

bağlı qapıların lal dodağına.


Yiyəsiz evlər də adam kimidi,

bir ev də beləcə yetim qalacaq.

İsti nəfəslərə möhtac evlərin,

həsrətdən içini torlar alacaq.


İlahi, bu evdə kim qalacaq, kim

Sükutda boğulan zaman içində.

Dərdi özü boyda nəm çəkən evlər,

intizar içində, güman içində.

03.02.2014