Biz insanların iki problemi var: birincisi, nə vaxt başlamaq, ikincisisə, nə vaxt dayanmaq lazım gəldiyini bilməmək.
Biri gedəndə gedəcək; çünki başqası gəlmək üzrədi.
ən azı, köləliyin bədəli qədər yüksəkdi; aradakı yeganə fərq azadlığın bədəlini kef və göz yaşlarıyla qarışmış belə olsa, bir təbəssümlə ödəyirsiniz.
Özlərinin seçmədiyi, ancaq onlar üçün ən yaxşısının bu olduğuna inandırıldıqları həyatın köləsi olanlar.
Nə qəribə düşüncədi! Yanından keçdiyim bir çox adamın ruhu da param-parça ola bilərdi, onların necə, nə üçün əzab çəkdikləri haqqında heç bir fikrim yoxdu.
azadlıq kimlərəsə söz vermədən yaşamaq deyil, mənim üçün ən yaxşısını seçmək qabiliyyətiydi
Beləcə, hər şeylə mübarizə aparanda eşitdim ki, başqaları azadlıqdan danışır, bu başlıca haqlarını müdafiə elədikcə də ailələrinin istəklərinə daha artıq boyun əyirlər, həyatlarının geridə qalanını birlikdə keçirməyə söz verdikləri adamlarla evliliklərinə, iqtisadiyyata, saxladıqları pəhrizə, yarımçıq qalmış layihələrə, «Yox», ya da «Qurtardı» deməyi heç cür bacarmadıqları sevgililərinə, heç sevmədikləri adamlarla günorta yeməyi yeməyə məcbur olduqları həftə sonlarına əsir olurlar. Lüksə, lüksün görüntüsünə, lüksün görüntüsünün görüntüsünə kölə olanlar. Özlərinin seçmədiyi, ancaq onlar üçün ən yaxşısının bu olduğuna inandırıldıqları həyatın köləsi olanlar. Bir-birilə eyni günlər və gecələr keçirənlər, «macəra» sözünün, sadəcə, kitablarda yazılan söz, ya da daim açıq qalan televizorda xəyal olduğu günlər və gecələr; nə vaxt da qarşılarında yeni qapı açılsa:
«Maraqlanmıram. Kefim yerində deyil», deyənlər.
Tanrının bu gün mənə göstərdiyi bütün səxavətlərdən ləzzət almağı sınaqdan keçirməliyəm. Səxavəti qara gün üçün saxlamaq olmaz. Onları əmanət kimi qoymaq, özünü daha rahat hiss elədiyin vaxta qədər gözləmək üçün bank yoxdu. Bu səxavətdən dərhal istifadə eləməsəm, onu birdəfəlik itirəcəyəm.
«İranlı bir müdrikin dediyi kimi, Eşq kimsənin qurtarmaq istəmədiyi xəstəlikdi... Bu xəstəliyə yoluxanlar heç vaxt sağalmaq, eşq üzündən əzab çəkənlər də müalicə olunmaq istəmirlər».
Amma bəs bir qəbir daşı yazısı seçməyim lazım gələrsə? Bu sözlərin yazılmasını istərdim:
«Ölüm onu yaşadığı vaxt yaxaladı».