Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, aciz, gərəksiz bir şeyə axı niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub yerə gömülmək əvəzinə hələ nəfəs alıb yaşayacaqdırsa, bunu necə hiss etmək olar.
Minnətdarlıq, insanlarda bu hissə az-az rast gəlmək olur, həqiqətən minnətdar olmaq istəyənlər isə çox vaxt bu hissi ifadə etməyə söz tapmırlar; onlar pərt halda susur, öz hisslərini ifadə etməkdən utanır və çox vaxt yersiz və mənasız sözlər söyləyirlər ki, istəklərini ört-basdır etsinlər.
Çünki müəyyən bir məqsədi olmadan yaşamaq ağılsızlıqdır.
Heç bir heykəltəraş, heç bir şair: nə Mikelancelo, nə Dante güclü yağış altında qalıb, ondan xilas olmaq üçün cüzi cəhd eləməyə belə taqəti qalmamış, yorulub tamam haldan düşmüş bu canlı kimi mənə ümidsizliyin son həddini, yer üzərindəki əzabın son dəhşətini bu cür güclü, bu cür qabarıq şəkildə hiss etdirə, duydura bilməzdi.
axı suda batmaqda olan bir şəxs ona kömək etmək istəyən adamı da özüylə batırmağa hazırdır
bir tərəfdən kömək etməyə vadar edən şiddətli meyl, digər tərəfdən küçədə yad kişi ilə dayanmağı qəbahət hesab edən bizə aşılanmış o əxlaq qanunları!
Belə hissi xatırlamaq, götür-qoy etmək olmur, hər şeydən əvvəl ona görə ki, bu hiss səni birdən-birə görünməmiş bir qüvvə ilə əsir edir – yəqin ki, mənim bu cəhdim sadəcə olaraq kömək etmək arzumdan doğan instinktdən başqa bir şey deyildi, – bax, bu cür bir instinktlə adam küçədə avtomobil altına düşəcək uşağı geri çəkmək üçün özünü irəli atar. Yaxud, boğulanı xilas etmək üçün üzmək bilməyən bir adamın körpüdən özünü suya atmasını izah etmək olarmı? Bu hisslər qarşısıalınmaz dərəcədə güclü olur. Bu güc onlara etmək istədiyi cəsur hərəkətin nə qədər ağılsız və təhlükəli olduğunu düşünməyə, götür-qoy etməyə imkan vermədən onları uçuruma itələyir;
Mənim ruhi süstlüyüm nə qədər güclənirdisə, bir o qədər də həyat çarxının sürətlə hərləndiyi yerlərə can atırdım
Ancaq, mənim fikrimcə, daha namuslu, düzgün o qadındır ki, adətən müti halda ərinin qucağına atılıb, onu aldatmaq əvəzinə öz daxili istək və arzularını daha ehtirasla, daha qətiyyətlə yerinə yetirir.
Məlumdur ki, ümumi süfrə başında həmişə hazırcavablar ağıllı hesab olunurlar, özü də, stol başında çox vaxt boş şeydən mübahisə doğur və ümumiyyətlə tələsik, mənasız, şit nəticələrə gətirib çıxarır.