Sizə danışdığım bu əhvalat olmuşlar idi. Ancaq olmuşlarla bitmir zamanın işi… Olmuşların bir olacaqları da olur həmişə. Elə bu danışdığım olmuşlar da nə vaxtsa olacaqlar olub həmin adamlar üçün. Necə ki, indi danışacağım olacaqlar da bir vaxt olmuş olacaq!
Olacaq, mütləq olacaq bu dediklərim! Cavid də, Təhminə də yarıac, yarıtox böyüyəcək. Cavid bacısına həm qardaş, həm də ata olacaq. Elə Təhminə də analıq edəcək ona, yeri gələndə. Cavid özü işdən-gücdən baş açıb oxuya bilməsə də Təhminəni oxudacaq
– Mən daha tapança istəmirəm. Atam gəlsin evə!…
Ancaq ölüm belə lal sakitlik yarada bilərdi. Ancaq ölüm kişilərin baxışlarındakı kədərə belə acizlik qata bilərdi.
Kim nə deyir desin, unudulur hər şey!
Qapını taybatay açıb dəli kimi evə girəndə Bakıdan xəbərsiz qonaq gəlmiş bacısı ilə rastlaşacaq. Və məlum olacaq ki, pəncərədə görünən kölgə anasının yox, Təhminənin olubmuş…
Ancaq torpağın üzü doğrudan da soyuq imiş… Heyif ölənin canından! Qalan qalır, yaşayır!
Sizə danışdığım bu əhvalat olmuşlar idi. Ancaq olmuşlarla bitmir zamanın işi… Olmuşların bir olacaqları da olur həmişə.
. Elə şeyi deməzlər! Səfayənin əri, uşaqları var. Əvvəllər sevdiyi olubsa da, yəqin bu sevgi uşaqlıq sevgisi olub. Olub və qurtarıb gedib
Axşamüstü növbədən qayıdanda görürəm ki, həyətdə paltar yuyur. Yemək istəyəndə dedi ki, işim çox olub, yemək hazırlamamışam. Bu saat hazırlayaram, deyir. Mən də neyləyim, ac, həm də yorğun vəziyyətdə idim. Dözmədim, hirslənib bunu söydüm. Bir də, bir şillə vurdum. İndi, özün de, bundan ötəri qadın öz evini-eşiyini atıb gedər?
Ancaq olmuşlarla bitmir zamanın işi… Olmuşların bir olacaqları da olur həmişə.