İstəyirsən indi nə düşündüyümü sənə deyim. İstəyirəm, de. Mənə elə gəlir ki, biz kor olmamışdıq, əvvəldən kor idik və kor da qalmışıq. Görən korlar. Görən və görməyən korlar.
hətta boş yerə demirlər ki, korluq yoxdur, korlar var, halbuki çoxəsrlik təcrübə bizə məhz korların olmaması, müxtəlif cür korluqların olmasından başqa bir şey öyrətməyib
insanlar çox qəribədirlər, əslində, sevinməli olduqları halda ağlayırlar
Və yenə həmişəki kimi birilərinin digərlərinin bədbəxtliyi üzərində xoşbəxt olmaq arzusu dəyişməzdir, bunu da dünya bina olandan bütün varislər və varislərin varisləri çox yaxşı bilirlər.
Ancaq nə o, bir daha mənim yanıma gəldi, nə də mən onun yanına getdim. Sevgi olanda xatirələrdə də görüşürlər, sevgi elə bununçündür.
Dünyaya artıq yaxşı və faydalı bir şey verə bilməyəcəyimizi dərk etdiyimiz gün yaxşı olardı ki, həyatı tərk etməyə gücümüz çataydı
Bütün kişilər eynidir, hamısı dünyaya qadının qucağından düşdüklərindən onun haqqında hər şeyi bildiklərini düşünür.
O gecə yenə mütaliəyə qulaq asdılar, çünki başqa əyləncələri yox idi və təəssüflər olsun ki, məsələn, həkim həvəskar violonçelist deyildi, ah, onda beşinci mərtəbədən nə melodiyalar süzülüb, dinləyicilərin qulaqlarını oxşar, onlar da həsədlə belə düşünərdilər: Gör onlar necə də şənlənirlər, ya da: Elə duyğusuz insanlar var ki, başqalarının bədbəxtliyinə gülməklə öz bədbəxtliklərindən qaça biləcəklərini düşünürlər.
Gör necə bir zəmanəyə gəlib çıxdıq, demək olar ki, həmişə ölümlə bağlı olan şeylər indi bizim gözümüzdə adiləşib, həyatın simvoluna çevrilib.
Canlanacaq, qara eynəkli qız soruşdu. O yox, həkimin arvadı cavab verdi, ancaq hələ sağ olanlar, öz-özlərini diriltməlidirlər, onlarsa bunu etmirlər. Bizim hamımızın yarımız ölüb, həkim dedi. Amma yarımız diridir, arvadı cavab verdi.