İsa Məsih böyük nüfuza malik tarixi şəxsiyyət olub. Bəlkə də o, dünyanın gördüyü ən müəmmalı və xarizmatik liderdir. Messiyada (messianizm – allah tərəfindən yer üzünə xilaskar gələcəyi haqqında etiqad) əvvəlcədən deyildiyi kimi, İsa hökmdarları devirir, milyonlarla insanı ruhlandırır, yeni fəlsəfi cərəyanların əsasını qoyurdu. Süleyman və Davud nəslindən olan İsanın yəhudi şahlığına iddia etməyə tam hüququ vardı. Onun həyatı minlərlə ardıcılı tərəfindən təsvir olunub. – Tibinq sözünə ara verib bir qurtum çay içdi və fincanı yerinə qoydu. – Əhdi-Cədidə daxil etmək üçün səksəndən yuxarı İncilə baxılıb, lakin onlardan yalnız bir neçəsi bu kitabda əks olunmaq şərəfinə nail olub. Onlardan Matfeyin, Markın, Lukanın, İohannın incillərini göstərmək olar.
«İncil göydən bizə faksla göndərilməyib».
Kim ki həqiqət axtarışındadır, dostdan da irəlidir. Ona qardaş demək olar.
İnsan sadəcə Təbiətin qanunları ilə yaşayır, ona görə də incəsənət – Allahın yaratdığı gözəlliyin insan tərəfindən imitasiya edilməsi cəhdidir.
Kilsənin – kişi obrazının dominant, «kişi başlanğıcı»nın əsas olduğu Kilsənin yüksəlişinə mane olurdu. Ona görə də, keşişlər müqəddəs «qadın başlanğıcı»nı demonlaşdırdı. Heç bir Allah yox, məhz İnsan «ilkin günah» konsepsiyasını irəli sürdü. Həvva almadan dişlədi və insan nəslinin əbədi günaha batmasına səbəb oldu. Həyat verən, bir vaxtlar müqəddəs hesab edilən qadın düşmənə çevrildi.
sən öləndən sonra, mən dünyada həqiqəti bilən tək insan olacam
Leonardonun astronomiya, geologiya, memarlıq və hidrologiyaya aid o dövrlər üçün yeni sayılacaq nəzəriyyələri, esse və şəkillər var idi.
«İncil göydən bizə faksla göndərilməyib».
- Bağışlayın, başa düşmədim.
- İncil – insan məhsuludur, mənim əzizim, onu Allah yazmayıb. İncil bizim başımıza göydən düşməyib. Qaranlıq zamanların bu tarixi xronikasını insan yaradıb, sonra ona çoxlu sayda dəyişikliklər və əlavələr edilib, müxtəlif təfsirlər və tərcümələr olunub. Tarixdə bu kitabın orijinal variantı heç vaxt mövcud olmayıb.
- Aydındır.
- İsa Məsih böyük nüfuza malik tarixi şəxsiyyət olub. Bəlkə də o, dünyanın gördüyü ən müəmmalı və xarizmatik liderdir. Messiyada (messianizm – allah tərəfindən yer üzünə xilaskar gələcəyi haqqında etiqad) əvvəlcədən deyildiyi kimi, İsa hökmdarları devirir, milyonlarla insanı ruhlandırır, yeni fəlsəfi cərəyanların əsasını qoyurdu.
«Mona Liza»nın incəsənət əsəri kimi dünyada böyük şöhrət qazanmasına baxmayaraq, ölçüləri 31 düymx21 düym olan kiçik şəkil idi. Yəni Luvrun suvenirlər köşkündə satılan reproduksiyasından da kiçik idi. O, şimal-qərbi divardan iki düym qalınlığı olan gülləkeçirməz şüşə altında asılmışdı. «Mona Liza» o vaxtlar rəssamlar arasında populyar olan çinar ağacından düzəlmiş lövhə üzərinə yağlı boya ilə çəkilmişdi. Əsərin dumanlı çəkilməsi da Vinçinin bir formadan digərinə səlis keçid effektini təmin edən sfumato texnikasını yaxşı bildiyinə sübut idi.
Sion Prioratı – 1099-cu ildə yaradılmış Avropa gizli cəmiyyətidir, real təşkilatdır. (Priorat və ya sinyoriya – orta əsrlərdə bəzi şəhər-kommunaların idarəetmə orqanıdır. Mason ənənələrində Böyük Priorat – masonluğun rəhbərlik sistemində bölmələrdən biridir (Məbəd, Hospital – red.qeyd). 1975-ci ildə Paris milli kitabxanasında «Gizli dosyelər» adı ilə məlum olan bükülü əlyazmalar tapılıb. Bu dosyelərdə Sion Prioratının əksər üzvlərinin adı açıqlanır. Onların arasında ser İsaak Nyuton, Bottiçelli, Viktor Hüqo və Leonardo da Vinçi də var.