Ey fələk, bu hərlənmək nə vaxtacan sürəcək?
Bu nə zülmdür? Ey Yer, yavaş, aram ol görək
Nizami dayısının adını Xacə Ömər kimi xatırlayır, onun ölümünü özü üçün böyük itki sayır, "Leyli və Məcnun" poemasındakı Səlim Amiri surəti ilə dayısına olan məhəbbətini əks etdirir.
Sakit axan su kimi yaşamağı seç peşə,
Yüngül suyun qiyməti ağır olur həmişə.
Ölçülüb-biçilərsə incə fikir, incə söz,
Nə qədər gözəlləşər, olar ürəyincə söz.
Qorxumuz da səndəndir, ümidimiz də sənsən,
Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən.
Biz ki əl çəkənlərik mənəmlik qovğasından,
Bəs niyə yapışmışıq dünyanın yaxasından?
Bağlandığın bu dünya yıxdı, xar etdi səni,
Uddu bu qara torpaq gör nə qədər pöhrəni.
Ömür karvanı getdi, soruş indi biz nəyik?
Qafilənin ardınca sürünənlər kimiyik.
Çiynimizdə cüt mələk dərdimizi çəkmədə,
Bizimlə ülfətindən şeytan belə qüssədə.
HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI
Ey yeri qəlbim olan!
Ayağının tozudur başımın tacı, inan.
Yellə gəlmişəm məgər, burdan yellə gedəm mən,
Hansı od, hansı tufan qoparar məni səndən?
Rüzgar kimi gələnlər rüzgar kimi gedərlər,
Dözüm, səbat göstərər hümmət gözləyən ərlər.
Toz yüngül olduğundan tez qonar, tez də uçar,
Daim yer dəyişənlər bir yerdə tutmaz qərar.
Vüqarlı, uca dağlar yavaş-yavaş doğulur,
Səbirli, sabitdi ki, əzəmətli dağ olur.
Mey hər dində halaldır, amma gərdiş dəyişmiş,
Əqlə düşmən olması meyi haram eyləmiş.
Piyalənə tökdüyün üz suyundur, mey deyil,
Çeşmən, dirilik suyun yalnız öz ağlındı, bil.
Gərçi dünya qəmini içki bir az dağıdır,
İçmə, ey xacə, içmə, idrakına yağıdır.
Daim məstsən gül kimi... bu məstlikdən əl çək sən,
Papağın, kəmərinlə çoxmu əylənəcəksən?