Tale insandan,
Ölüm həyatdan yaşca böyük olacaq həmişə.
Tale insanın qəsdinə duranda, insan özü də bilmədən ona ikiəlli köməklik eləyir
müsəlmanların ağlı, bəlkə də elə şeyinizin ucundadır, onu da kəsib itə-pişiyə tullayırsınız…
«Ağlamaq təkbaşına seks növüdür»
Boğaza yığılmış xalq öz əli ilə öz nəslini kəsirdi…
İnsan, isti, ət və ac şəhər.
Sevgi həsrəti Allah xofundan daha dəhşətli hissdir.
Dünyada rahat ömrü olan bircə dənə də yaxşı şair yoxdu: düşmənçilik deyil bəs nədi bu?
onu, az qala, “vətən xaini” hesab edirdilər, o isə xain vətənin yazıçısı idi – danışmaqdan çəkinən, yazmaqdan qorxan, oxumaqdan iyrənən bir vətənin yazıçısı.
Rafiq Tağı həm də Azərbaycan ədəbiyyatının həkimi idi, o bu ədəbiyyatın laxlayan dişlərini müalicə edən stomatoloq, sınmış qol-qabırğasını gipsə qoyub bərkidən travmatoloq, pozulmuş əsəblərini sakitləşdirən nevropatoloq idi. Azərbaycan ədəbiyyatının bundan xəbəri yox idi.